Vyekoslav Tomiç: "Xəzər-Lənkəranda ona görə qaldım ki..."

20:09 7 Fevral 2015

"Xəzər Lənkəran"ın qapıçısı Vyekoslav Tomiçin azerisport.az saytına müsahibə verib.

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- "İnter"lə oyuna hazırlıq necə gedir?

- Baş məşqçi "Simurq"la oyunda yol verdiyimiz səhvləri bizə izah edib. Çoxlu zədəli futbolçumuz olsa da, bəziləri sıraya dönüb. Fikrimcə, bakılılara qarşı daha yaxşı oynayacağıq.

 

- Bəs Zaqataladakı oyunda nə çatışmırdı ki?

- "Simurq" öz meydanında həmişə uğurlu çıxış edir. Onların möhkəm və təcrübəli futbolçulardan ibarət komandası var. Uzun müddətdir bir yerdə çıxış edirlər. Bizdə isə son dövrlər çoxlu dəyişiklik oldu. Çoxlu gənc, Premyer Liqa təcrübəsi olmayan oyunçumuz var. Fikrimcə, bu heyətə bir müddət vaxt lazımdır.

 

- Bəs bu heyətdən "İnter"lə oyunda nə gözləmək olar?

- Rəqibin favorit olduğu aydın məsələdir. Biz isə öz növbəmizdə müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Azarkeşləri üzmək istəmirik.

 

- Əksər əsas heyət üzvləri getdiyi halda siz nə əcəb qaldınız?

- Mənim klubla yeni müqaviləm var idi. Həm də qapıçılara qış fasiləsi zamanı yeni klub tapmaq çətin olur. Digər tərəfdən mən Lənkəranda qalmaqda maraqlı idim. Ona görə də daha bir il burada qalmağa qərar verdim.

 

- Yəqin ki, heyətin gəncləşməsini nəzərə alaraq, bundan sonra daha çox top buraxacağınızı da nəzərə almısınız?

- Bu barədə düşünməmişəm. Gənc heyətlə oynamağın da öz üstünlükləri var. Gənclər sonadək mübarizə aparırlar, komandanın uğurları üçün maksimum çalışırlar. Onların da göstərmək istədikləri nələrsə var.

 

- Bu mövsüm nəyə ümid edirsiniz?

- Böyük ümidlərim yoxdur. Klubdakı vəziyyət, yeni strategiya hamıya məlumdur. Azərbaycan kubokunda uğura bel bağlamaq olar. Amma asan olmayacağı da bəllidir.

 


Digər xəbərlər

Xəbər xətti