"Bakı"nın su problemi həllini tapacaqmı?

00:41 8 Fevral 2015

“Bakı” klubunun ətrafında olan problemlər tükənmək bilmir. Daha öncə də, xəbər verdiyimiz kimi klubun bazasında artıq bir-neçə gündür ki, su problemi mövcuddur. Bazaya su çənlərlə gətirilsə də, bu heç də futbolçuları və texniki heyəti tam təmin edə bilməyib. Yalnız Elxan Məmmədovun müdaxiləsindən sonra su problemi öz həllini tapıb. Bəs görəsən problemin yaranmasının əsas səbəbi nədə olub?

Sportarena.az xəbər verir ki, problemlər paytaxt klubunun bazası ilə qonşu olan Azərbaycan Qolf  Federasiyasının məşq bazasından qaynaqlanır. Belə ki, federasiya öz ərazisindən keçən su boru xəttini bağlayaraq qonşusunu susuz qoyub. Klub nümayəndələri sabah məsələ ilə bağlı Federasiyaya gedəcəklər.

Federasiyanın hansı səbəbdən belə etdiyi isə hələ ki məlum deyil. 


Digər xəbərlər

Xəbər xətti