"Turan Tovuz" növbəti qələbəsini qazanıb

00:51 8 Fevral 2015

İkinci dövrənin hazırlıqlarını doğma şəhərdə davam etdirən "Turan Tovuz" bu gün hazırlıq çərçivəsində üçüncü yoxlama görüşünü keçirib. 

Sportarena.az xəbər verir ki, ilk iki oyunda "Şəmkir" və "Göyəzən"i məğlub edən Səlahəddin Dərvəndin komandası bu dəfə Gürcüstan təmsilçisini sınağa çəkib. Qonşu ölkənin aşağı divizionunda mübarizə aparan "Kolxi" klubu ilə qarşılaşan tovuzlular oyundan 5:1-lik qələbə ilə ayrılıblar. Komandanın heyətində Tuqay Alhüseynli dubl edib, digər qolları isə Seymur Tağıyev, Nİcat Tağıyev və Vəzir İmanov vurublar.


Digər xəbərlər

Xəbər xətti