İsrafilov oynamadı, komandası məğlub oldu

10:30 8 Fevral 2015

İspaniya La Liqasında XXII turun oyunları keçirilir.

Sportarena.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun komandası “Qranada” səfərdə "Vilyarreal"ın qonağı olub.

Qarşılaşmada meydan sahibləri 2:0 hesablı ilə qalib gəlib. Bu görüşdə Eddi yenə meydana çıxmayıb. Onun adı matçın protokoluna salınmayıb.

Qeyd edək ki, "Qranada" hazırda 18 xalla 19-cu pillədə qərarlaşır.

 


Xəbər xətti