Ronaldo qadın jurnalisti təhqir edib

11:32 8 Fevral 2015

"Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldo ispaniyalı qadın jurnalistə qarşı hörmətsizlik edib. 

Sportarena.az xəbər verir ki, portuqaliyalı hücumçu "Atletiko"ya 0:4 hesabı ilə uduzduqları ölkə çempionayı matçından sonra acığını həmkarımızdan çıxıb. 

O, "Kordoba" ilə oyun zamanı rəqib futbolçuları şillə-təpiyə qonaq etməsi ilə bağlı verilən suala sərt reaksiya verib: "Həmin oyun 3 ay əvvəl olub. Bu sualı həmin vaxt verərdiniz. Ağıllı jurnalistsinizsə, bugünkü oyundan, pis çıxışımızdan sual verin. Axmaqsınızsa, bağışlayın". 

Bundan sonra Ronaldo həmin jurnalistə məhəl qoymadan digər sualı eşitmək üçün üzünü digər tərəfə çevirib.

 


Digər xəbərlər

Xəbər xətti