Quluzadə izlədi, komandası məğlub oldu

12:35 8 Fevral 2015

Portuqaliya ikinci liqasında 26-cı turun oyunları keçirilib.

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - "Atletiko" da növbəti matçına çıxıb.

Həmyerlimizin komandası doğma meydanda "Tondela" ilə qarşılaşıb. Oyun qonaq komandanın 1:0 hesablı qələbəsiylə başa çatıb. Amit komandasının məğlubiyyətini sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, "Atletiko" hazırda 27 xalla 20-ci pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti