Kamran Ağayev bu dəfə də debüt edə bilmədi

17:38 8 Fevral 2015

Türkiyə PTT 1-ci Liqasında 19-cu turun oyunları keçirilir. 

Sportarena.az xəbər verir ki, milli komandamızın qapıçısı Kamran Ağayevin forma geydiyi "Kayserispor" növbəti oyununa çıxıb.  Komanda səfərdə yığmamızın müdafiəçisi Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB" ilə qarşılaşıb.

Qarşılaşma qonaqların 0:1 hesablı qələbəsi ilə başa çatıb. Kamranın adı bu matçın iştirak ərizəsinə belə olmayıb. Ufuk isə oyun boyu meydanda olub. 

Qeyd edək ki, "Kayserispor" turnir cədvəlində 40 xalla 1-ci, "Qaziantep BB" isə 20 xalla 14-cü pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti