FİFA prezidenti: "Mətbuatın köləsinə çevrilirik"

18:42 8 Fevral 2015

FİFA prezidenti Yozef Blatter kütləvi informasiya vasitələrini Afrika Millətlər Kubokundakı hadisələri yayımlama üsullarına görə tənqid edib.

Sportarena.az  xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.

"Heç kim yaxşı şeylər barədə yazmaq istəmir, hər kəs pisdən yazır. Hamı mənfi şeyləri müzakirə edir. Mən Afrika Kubokunun KİV-in yazdığı o "qara" tərəflərini görmürəm. Mətbuat yalnız ehtimal edə və proqnoz verə bilər.

Əvvəllər hökumət qərarı qəbul edərdi, KİV də onun barəsində məlumat verərdi. İndi isə jurnalistlər qərarlar qəbul olunmamışdan onlar barədə yazmağa macal tapırlar. Biz getdikcə əvvəlcədən fikir formalaşdıran mətbuatın köləsinə çevrilirik", - deyə Blatter bildirib.

 


Digər xəbərlər

Xəbər xətti