"Xəzər-Lənkəran"ın "Neftçi" ilə oyunda yubileyləri

19:35 8 Fevral 2015

Sportarena.az sizə “Xəzər-Lənkəran”ın “Neftçi” ilə oyunlara təsadüf edən yubileylərini təqdim edir:

18-ci Azərbaycan kubokunun ¼ final mərhələsinin 03.03.2011 tarixində “Neftçi” ilə keçirilən səfər oyununda “Xəzər Lənkəran” tarixinin 250-ci matçına çıxmışdı. (“Neftçi” – “Xəzər Lənkəran” 3:4)

Növbəti mövsümdə “Fırtınalar meydanı”nda 22.04.2012 tarixində baş tutan (“Xəzər Lənkəran” – “Neftçi” 1:0) qarşılaşma “Xəzər Lənkəran” komandasının “Fırtınalar meydanı”nda keçiridiyi 100-cü yubiley qarşılaşması olmuşdu.

(2004-cü ildə yaranan “Xəzər Lənkəran” ev oyunlarını 7-müxtəlif stadionda keçirmiş və “Fırtınalar meydanı”nda debütünü 2005-ci ilin martın 15-də etmişdir. Stadion 2005-ci ildə hələ tam hazır deyildi və rəsmi açılış 2006-cı ildə olmuşdu)

2012/13 mövsümünün  15.09.2012 tarixində səfərdə keçirilən və “Xəzər Lənkəran”ın məğlubiyyəti ilə sonuclanan qarşılaşmada yubiley qol qeydə alınmışdı. Belə ki, komandamız həmin matçda “ağ-qara”ların qapısına vurduğu və qələbə qazanmağa yetməyən həmin  bir topla tarixinin 500-cü qoluna imza atmışdı (“Neftçi” – “Xəzər Lənkəran” 2:1).

“Neftçi” ilə daha bir yubiley oyunu 2012-ci ilin dekabrın 14-də “Fırtınalar meydanı”nda keçirilib. Komandamız həmin tarixdə ölkə çempionatlarındakı 250-ci oyununa çıxmışdı (“Xəzər Lənkəran” – “Neftçi” 2:1).

2014-cü ilin fevral ayının 9-da (2013/14 mövsümü) “Fırtınalar meydanı”nda “Neftçi” ilə keçirilən (2:2 hesabı ilə nəticələnən) qarşılaşma “Xəzər Lənkəran”ın ölkə çempionatlarında 285-ci matçı olub


Xəbər xətti