"Baku Fires" qələbə qazanıb

22:21 8 Fevral 2015

Ölkəmizi Ümumdünya Boks Seriyasında (WSB) təmsil edən “Baku Fires” klubu cari mövsümdə ikinci qələbəsini qazanıb. 

Sportarena.az xəbər verir ki, “Rafako Hussars Poland” komandası ilə görüşdən sonra boksçularımız 5:0 hesablı qələbəyə sevinib. 

Baş məşqçi Nuripaşa Talibov fikirlərini bildirib:

“İki ardıcıl məğlubiyyətdən sonra qələbə qazanmalı idik. Şadam ki, inamlı qalibiyyət əldə etdik. Uşaqların hamısı baxımlı, effektli qələbə qazanmaq istəyirdi. Bu da onların döyüşünə bir qədər təsir göstərirdi. Buna baxmayaraq 5 boksçunun hamısı üstün döyüş nümayiş etdirdi. Albert Səlimov və Arslanbek Mahmudov cari mövsümdə ikinci qələbələrini qazandılar. Pərviz Bağırov bu gün WSB liqasında debüt etdi. Həmişə ilk döyüş çətin olur. Fikirləşirsən ki, sona qədər gücüm çatacaq,  ya yox. Amma Pərviz yaxşı təsir bağışladı. 5 raundun hamısında hakimlər üstünlüyü ona verdilər. Yavaş-yavaş  azarkeşləri yenidən zala qaytarırıq. Bu gün Quba Olimpiya Kompleksi tam dolmuşdu. Onlara da təşəkkür edirəm”


Xəbər xətti