Ulduz basketbolçu "All-Star"da olmayacaq

23:43 8 Fevral 2015

Milli Basketbol Asossiyasiyasında çıxış edən "Nyu-Orlean"ın forvardı Entoni Devis zədələnib.

Sportarena.az xəbər verir ki, ulduz basketbolçu "Çikaqo" ilə oyunda xəsarət alıb. 

21 yaşlı basketbolçu xal sayı atarkən yerə pis düşüb və sağ çiynindən zədə alıb.

Qeyd edək ki, Devisin zədəsinin ciddi olub-olmadığı hələlik məlum deyil. Onun "All-Star" matçında meydana çıxmama ehtimalı da var.


Digər xəbərlər

Xəbər xətti