"Bakı" rəsmisi: "Elxan Məmmədov anlaşılmazlığın həll edilməsində böyük rol oynadı"

12:14 9 Fevral 2015

Son günlərdə Qolf Fedarasiyası və “Bakı” klubu arasında  bəzi problemlərin yarandığını xəbər vermişdik. Belə ki, Federasiyanın ərazisindən keçən su boruları bağlandığından “Bakı” klubunun bazası  susuz qalmış və bu futbolçular, texniki heyətin narazılığına səbəb olmuşdu.

Sportarena.az  baş verənlərlə bağlı “Bakı” klubunun icraçı-direktoru Yaşar Seyidovla əlaqə saxlayıb. Yaşar Seyidov saytımıza açıqlamasında bunları deyib:

“Qolf Federasiyası və bizim aramızda heç bir problem olmayıb. Sadəcə, bəzi məsələlərdə anlaşılmazlıqlar var idi. Onu da dünənə qədər həll etdik”.

Seyidov, həmçinin AFFA-nın baş katibi Elxan Məmmədovun da məsələnin həllində rolunun olduğunu vurğulayıb:

“Elxan Məmmədov da bazamıza baş çəkmişdi. Məsələ ilə yaxından maraqlandı. Elxan Məmmədov anlaşılmazlığın həll edilməsində böyük rol oynadı”. – Seyidov deyib.


Digər xəbərlər

Xəbər xətti