Misirdə ölən azarkeşlərin sayı 22-ə çatdı

13:39 9 Fevral 2015

Misirdə polislə azarkeşlər arasında olan qarşıdurmada ölənlərin sayı artıb.

Sportarena.az xəbər verir ki, artıq 22 nəfərin vəfat etdiyi bildirilib.

Qeyd edək ki, paytaxt Qahirədə “Enppi” ilə matç öncəsi 10 minə yaxın bileti olmayan "Zamalik" klubunun azarkeşləri stadiona daxil olmaq istəyərkən polisin müqaviməti ilə üzləşib. Bu zaman fanatlarla asayış keşikçiləri arasında kütləvi dava olub. Polis gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Xatırladaq ki, bundan əvvəl ölənlərin sayının 14 olduğu açıqlanmışdı.

 


Xəbər xətti