Poqba Ronaldonun rekordunu yeniləyə bilər

15:00 9 Fevral 2015

"Yuventus" klubunun futbolçusu Pol Poqbanın meneceri Mino Rayola iddialı açıqlamaları ilə diqqət çəkib.

Sportarena.az "goal.com"a istinadən xəbər verir ki, fransız futbolçunun yayda komandanı tərk edə biləcəyini deyən Rayolo onun transferinin Kriştiano Ronaldonun rekordunu yeniləyəcəyini iddia edib.

"Hazırda 21 yaşında olan hansı futbolçu həm klubunu, həm də yığmasını arxasınca apara bilir? Bunu sədəcə Poqba edir. O, mövsümün sonunda "Yuventus"dan ayrıla bilər. Lakin əgər istəyərsə, daha bir il Turin təmsilçisində qalacaq. Onun başqa kluba transferi Ronaldonun rekordunu yeniləyəcək".

Qeyd edək ki, Ronaldo 2009-cu ildə 94 milyon avro müqabilində "Mançester Yunayted"dən "Real"a transfer olunub. 


Digər xəbərlər

Xəbər xətti