Velosipedçilərimiz Portuqaliyada üç medal qazanıblar

17:15 9 Fevral 2015

Azərbaycanın trek velosipedi üzrə yığma komandasının üzvləri Portuqaliyada təşkil olunan nüfuzlu yarışda 2 qızıl və 1 bürünc medal qazanıblar.

Sportarena.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı “Troféu CAR Anadia” turnirində 10 ölkədən 100-dən artıq idmançı mübarizə aparıb.

Yığma komandamızın lideri Olqa İsmayılova qızıl medalları ölkəmizə qazandırıb. Həm 200, həm də 500 metr məsafəyə mübarizədə bütün rəqiblərindən üstün olan velosipedçimiz hər iki növdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

“Troféu CAR Anadia” turniri yığmamızın gənc üzvü Nicat Niftəliyev üçün xüsusilə əlamətdar olub. Səkkiz nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin yetirməsi olan velosipedçimiz 200 metr məsafəyə sprint yarışında bürünc medal qazanıb.


Xəbər xətti