“Xəzər Lənkəran”ın əcnəbi futbolçusu nəfəs ala bilmir

17:29 9 Fevral 2015

Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Neftçi” ilə qarşılaşacaq “Xəzər Lənkəran” doğma məkanda son məşqini edib.

Sportarena.az xəbər verir ki, “ağ-yaşıllar” bu gün iki məşqlə Lənkəran hazırlığını başa vurublar.

Cənub təmsilçisi sabah Bakıya yola düşəcək və son məşqini də qarşılaşmanın keçiriləcəyi “Bakcell Arena”da edəcək. “İnter”lə görüşün 30-cu dəqiqəsində sinəsindən zərbə aldığı üçün əvəzlənən Alfred Sanko bugünkü məşqlərdə də iştirak etməyib. Hələ də rahat nəfəs ala bilməyən syerra-leoneli yarımmüdafiəçi hazırda həkim nəzarətindədi. Onun prinsipial matçda iştirakı sual altındadı. Əvəzində digər zədəli futbolçu İlqar Ələkbərov artıq sağalıb və bu gün kollektivlə birgə məşqdə iştirak edib.

Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” oyunu fevralın 11-də (16:00) “Bakcell Arena”da keçiriləcək.

 


Digər xəbərlər

Xəbər xətti