Eto`O baş məşqçisindən üzr istəyib

18:00 9 Fevral 2015

"Sampdoriya" klubunun baş məşqçisi Sinişa Mixayloviç Samuel Eto`Onun üzr istədiyini bildirib.

Sportarena.az xəbər verir ki, kamerunlu futbolçu etdiyi hərəkətdən peşman olub. İtalyan mətbuatına inansaq, Eto`O Mixayloviçdən əfv diləyib və məşqlərə geri dönüb. Təcrübəli mütəxəssis:

"Samuel məndən üzr istədi və məşqlərə normal qaydada davam edir. O, hazırda istənilən formada deyil, lakin hər gün çalışır. Düşünürəm ki, Samuelin komandamıza köməyi dəyəcəyək", - fikirlərini səsləndiirb.

Xatırladaq ki, Mixayloviç komandaya cəza məqsədi ilə bir gündə iki dəfə məşq keçib. Lakin veteran futbolçu buna etiraz edərək ikinci məşqdə iştirak etməmişdi.

 


Xəbər xətti