Devid Bekhem: "Harri Keyni haqlı olaraq tərifləyirlər"

18:27 9 Fevral 2015

İngiltərə millisinin keçmiş üzvü Devid Bekhem "Tottenham"in forvardı Harri Keynin oyunua münasibət bildirib.

Sportarena.az xəbər verir ki, Bekhem gənc hücumçunun İngiltərə millisinə çağrılması fikrini dəstəkləyib. "Bir ingilis kimi Harri Keyn kimi futbolçunun oyun tərzini və bu mövsümdəki çıxışını izləmək məni sevindirir. Məncə, onu haqlı olaraq tərifləyirlər. Keynin hələ 21 yaşı var. Ağlı başındadır. Gələcəkdə nə olacağını görəcəyik".

Qeyd edək ki, eks-futbolçu bu gün UNİCEF-in xoşməramlı səfiri kimi 10 illik yubileyini qeyd edib. O, təşkilata aid "7" xeyriyyə cəmiyyətini təsis edib. Bu cəmiyyətin adı futbolçunun çıxış etdiyi formanın nömrəsindən götürülüb.

 


Digər xəbərlər

Xəbər xətti