SON XƏBƏR - Arda Turan hazırkı klubunda qalacaq

18:46 9 Fevral 2015

"Atletiko Madrid" klubunun prezidenti Enrike Serezo komandadan ayrılacağı iddia olunan Arda Turan haqda danışıb.

Sportarena.az xəbər verir ki, klub prezidenti türkiyəli futbolçunun müqaviləsinin sonunadək "Atletiko"da qalacağını bildirib:

"Ardanın klubla iki illik müqaviləsi var. Son günlər onun digər kluba gedəcəyi söylənilir. Ancaq Arda bizə komandada qalacağını deyib. Həm o, həm də biz əməkdaşlığımızdan məmnunuq. Əgər Arda istəməsə, "Atletiko" onu satmaz". 


Digər xəbərlər

Xəbər xətti