RÜSVAYÇILIQ: "Neftçi"nin futbolçusu Moskvada ermənilərlə yeyib-içib

21:22 9 Fevral 2015

"Neftçi"nin veteren futbolçusu Rafiq Quliyevin 65 yaşı tamam olub.

Sportarena.az xəbər verir ki, SSRİ çempionatında "ağ-qaralar"ın heyətində 230 oyun keçirən futbolçi doğum gününü Moskvada qeyd edib.

Onun özünə məxsus "Mariya" restoranında keçirilən tədbirə ermənilər də qatılıb. Əyləncəli məclisdə Rafiq Quliyevin yaxınları ilə yanaşı, vaxtiylə "Neftçi"də oynayan futbolçular, o cümlədən ermənilər də iştirak edib.

Azərbaycan-Ermənistan münasibətlərini nəzərə almayan veteranlar yeyib-içib, əyləniblər. Tədbirdə Tofiq Abbasov, Rafiq Əlizadə, Eduad Markarov, Nikolay Smolnikov, Aleksand Mirzoyan kimi futbol veteranları iştirak edib.

 


Xəbər xətti