Azərbaycanda oynamış futbolçu İrlandiya klubuna keçə bilər

21:42 9 Fevral 2015

AZAL-ın sabiq futbolçusu Con Oluremi karyerasını İrlandiyada davam etdirə bilər. 

Sportarena.az  "goal.com"a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi hazırda "Şemrok Rovers" klubunda baxışdadı. 

Futbolçu artıq komanda ilə birlikdə bir neçə yoxlama matçında meydanda olub. Con Olureminin yaxın günlərdə yeni klubu ilə müqavilə imzalayacağı ehtimal olunur.

Qeyd edək ki, ötən mövsümün sonu AZAL-dan ayrılan yarımmüdafiəçi Mərakeşin "MAS Fes" klubuna transfer olunsa da, 2014-cü ilin sonlarında klubdan ayrılıb.

 


Digər xəbərlər

Xəbər xətti