Dmirti Çiqrinski rəsmən "Dnepr"in futbolçusu olub.
Sportarena.az xəbər verir ki, ukraynalı müdafiəçi Dneprepetrovsk təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Fevralın 28-də Çiqrinski komanda ilə Türkiyədə təlim-məşq toplanışına yollanacaq.
Qeyd edək ki, Çiqrinski azad agent statusu ilə "Dnepr"ə keçib. O, daha öncə "Şaxtyor" və "Barselona"nın da formasını geyib.