"Barselona"da 500-cü yubiley qələbəsi

11:38 10 Fevral 2015

İspaniya La Liqasının 22-ci turunda “Atletik Bilbao" klubu ilə oyun “Barselona” üçün əlamətar olub. 

Sportarena.az xəbər veriri ki, Kataloniya təmsilçisi “Atletik”lə görüşdə 500-cü səfər qələbəsini qazanıb.

“Barselona” bu göstəricidə yalnız əzəli rəqibi “Real Madrid" klubundan geri qalır. “Kral klubu” səfər oyunlarında 552 qələbə əldə edib.

Qeyd edək ki, səfərdə “Atletik”ə 5:2 hesabı ilə qalib gələn “Barselona” 23-cü turda evdə “Levante”ni qəbul edəcək.

 


Xəbər xətti