Zaur Ramazanov "Xəzər-Lənkəran" azarkeşlərinə səsləndi: "Səbrli olsunlar" - MÜSAHİBƏ

13:47 10 Fevral 2015

Sabah Azərbaycan Premyer Liqasında növbəti “Böyük Oyun” həyacanı yaşanacaq.

Sportarena.az lənkəranlıların sabiq sevimli futbolçusu Zaur Ramazanovla əlaqə saxlayaraq həm bu, həm də digər məsələlərdə fikrilərini alıb:

 

- Salam Zaur bəy, qarşıdan “Böyük Oyun” gəlir. Öz dövrünüzdəki “Böyük Oyun”larla indiklər arasında hansı fərqləri görürsüz?

- Mən bu oyunu heç də “Böyük Oyun” hesab etmirəm.

 

- Komandada gəncləşdirmə siyasəti aparılıb. Sizin fikrinizcə, gənclərdə hansı perespektivləri var?

- Bizim vaxtımızda oynayan oyunçuların hamsı peşəkar idi, bir-birlərini yaxşı başa düşürdülər. İndiki cavanlara ki şans veriblər, onlardan gələcəkdə uğurlar gözləyirlər. Komandada indiyənə qədər belə bir şey olmamışdı. Məncə, yaxşı fikirdi. Amma, hər tur uduzanda, azarkeşlərə də, bizə də təsir edir. Biz uduzmağa öyrəşməmişik.

 

- Qaradaşınız (Ağabala Ramazanov nəzərdə tutulur) hazırkı heyətdə fərqlənən oyunçulardandır. Amma, qol vurmaqda çətinlik çəkir. Sizin kimi daha uğurlu çıxış edə bilmir. Qardaşınızın oyunundan razısınızmı?

-Mənə elə gəlir ki, o, bir-neçə qol vursa qol duyumu artacaq. Oyunu isə pis deyil, xoşuma gəlir. Çox qaçır, çalışqandır. Amma, düz deyirsiz, əsas qoldur. Qol hissiyatı başqa şeydir.

 

- Çoxları qardaşınızın boyunun balaca olmağını problem kimi göstərir. Amma, sizin də boyunuz balaca idi, lakin, o boyla başla vurduğunuz qollarınız da olub...

- Qol hissiyatı çatışmır. O səviyyəyə çatmayıb hələ. Biri var insan bir məqsədin arxasınca inamla getsin, biri də var şübhəynən. O, məqsədinin arxasınca şübhə ilə gedir. Bir az qol vursa, o şübhələr ondan uzaqlaşar.

 

- Əvvəl “Xəzər-Lənkəran”a iddialı məşqçilər gəlirdi. İndi isə birdən-birə ciddi uğuru olmayan Elbrus Məmmədov gətirildi...

- Yəqin ki, o baş məşqçini hələlik gətiriblər. Yaydan sonra dəyişərlər. Əlbəttə ki, kluba səviyyəli məşqçi lazımdır.

 

- Yəni, düşünürsüz ki, məşqçi sadəcə vaxt udmaq üçün gətirilib?

- Elədir. Çünki, bu məsələ Elbrusluq deyil.

 

- Zaur bəy, bir müddətdir ki, futbol aləmindən çəkilmisiz. Sir deyilsə nə işlə məşğulsuz? Futbola yenidən məşqçi kimi və ya başqa cür qayıtmaq fikriniz varmı?

- Mən demək olarki, hər gün futbolun içindəyəm. Öz işlərimlə məşğul olsam da, dostlarla yığışıb futbol oyunlarını müzakirə edirik. Mən futboldan getməmişəm, futbolun içindəyəm.

 

- Hansısa klubdan təklif olubmu?

- Yox, başım başqa işlərə qarışıb. İstəsəm, özüm də bir iş taparam bu yöndə.

 

- Zaur bəy, son olaraq azarkeşlərə sözünüz nədir? Çoxdandır sizi izləyə bilmirlər...

Mən onların səbirli olmasını istəyirəm. Neynəyək ki, “Xəzər-Lənkəran” Zaur kimisini tapa bilmir? Amma, vaxt gələr ki, daha yaxşısını tapar inşallah. Mən onların hamısını çox istəyirəm. Həmişə dəstək olublar. Sadəcə, səbrli olsunlar.

Söhbətləşdi: Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti