"Atletiko"nun sahibi Bakıya gəlir

14:19 10 Fevral 2015

“Atletiko” (Madrid) klubunun idarə heyətinin sədri Miqel Anxel Gil Marin bu həftə Bakıya gələcək.

Sportarena.az xəbər veriri ki, səfərdə məqsəd sponsorluq müqaviləsi ilə bağlı danışıqlar aparmaqdır.

"Atletiko"nun Azərbaycanla mövcud müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. Madrid klubu bu əməkdaşlığı davam etdirməkdə maraqlıdır və bu səbəbdən Marinin Azərbaycana səfəri planlaşdırılır.

Anxel Gil Marin ölkəmizdəki işini tamamladıqdan sonra Türkiyəyə səfər edəcək. Arda Turanın transferindən sonra Türkiyədə yaxşı dostlar qazanan "Atletiko" bu ölkə ilə də əməkdaşlıq etmək niyyətindədir. Səfər zamanı "Turkish Airlines" şirkətinin rəhbərliyi ilə sponsorluq müqaviləsi müzakirə olunacaq.

Qeyd edək ki, "Atletiko" iki ildən artıqdır ki, La Liqa və Çempionlar Liqasının oyunlarına üzərində "Land of Fire Azerbaijan" (hazırda “Baku-2015”) yazılı forma ilə çıxır.

 


Xəbər xətti