UEFA Əliyar Ağayev və Orxan Məmmədova ilk təyinatı verdi

15:41 10 Fevral 2015

FİFA dərəcəli referilərimiz 2015-ci ilin ilk təyinatlarını alıblar.

Sportarena.az xəbər verir ki, UEFA Əliyar Ağayev və bu ildən FİFA dərəcəsi daşıyan Orxan Məmmədova etibar edib.

Əliyar Ağayev 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 2-ci qrupunda (Almaniya, Çexiya, Slovakiya, İrlandiya), Orxan Məmmədov isə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 4-cü qrupunda (Polşa, Belarus, Şimali İrlandiya, Yunanıstan) keçiriləcək oyunları idarə edəcək. U-19-ların qarşılaşmaları martın 26-dan 31-dək Almaniyada, U-17-lərin oyunları isə martın 21-dən 26-na qədər Polşada təşkil olunacaq.

Qeyd edək ki, Əliyar Ağayevə Zeynal Zeynalov, Orxan Məmmədova isə Mübariz Haşımov kömək edəcəklər. 

 


Digər xəbərlər

Xəbər xətti