Arif Əsədov onu istefaya çağıranlarla görüşdü - FOTO

17:10 10 Fevral 2015

"Neftçi" klubunun nümayəndələri 6 yaşını qeyd edən "Forza Neftçi" fanqrupu ilə görüşüb. 
 

Sportarena.az xəbər verir ki, bu görüşdə "Neftçi"nin vitse-prezidenti Elnur Məmmədov, klub prezidentinin müşaviri Elnur Əşrəfoğlu, baş məşqçi Arif Əsədov, futbolçulardan Saşa Stamenkoviç, Aqil Məmmədov, Mirhüseyn Seyidov, Flavinyo və Erik Ramos iştirak edib.

Qış fasiləsindən sonra qələbə qazana bilməyən "Neftçi"nin futbolçuları azarkeşlərə onları dəstəkləməyi, belədə yaxşı nəticələrin yenidən gələcəyini bildirib.

Qeyd edək ki, ötən turun "Neftçi" - "Simurq" oyununda (0:0) "Forza Neftçi" fanqrupu baş məşqçi Arif Əsədovu istefaya səsləmişdi. Eləcə də digər "Neftçi" azarkeşləri futbolçuları "Rədd olun, gedin" kəlmələrinə qonaq etmişdi.

 


Digər xəbərlər

Xəbər xətti