"Xəzər-Lənkəran"ın baş məşqçisi: "Neftçi" ilə oyunda qol vuran ayağımız açılacaq"

21:58 10 Fevral 2015

“Xəzər-Lənkəran” klubunun baş məşqçisi Elbrus Məmmədovun Sportarena.az saytına müsahibəsi:

 

 

- Sabah “Böyük Oyun” olacaq. Oyuna necə hazılaşırsız? Əvvəlki gərginliyi görə biləcəyikmi?

– Oyuna tam hazırıq. Əminəm  ki, uşaqlar yaxşı oynayacaq və əvvəlki mübarizəni qaytaracaq bu oyuna.

 

- Bundan əvvəl iki oyunda məğlub olduz. Komandanızda yeganə hücumçu Ağabala Ramazanovdur. Birdən Rmazanov zədələnərsə, hücumda kimi oynadacaqsız?

– Hücuma meyilli futbolçularımız çoxdur. Kazım Kazımlı, Elnur Cəfərov, Sadio Tounkara, Nurxan Mənsimzadə və Anar Babazadə.. Bunlar hamsı hücuma meyilli futbolçulardır.İnşallah, bu oyunçuların köməyi ilə hücum xəttində problem yaşamayacayıq.

 

- Zaur Ramazanov öz müsahibəsində sizin komandada çox qalmayacağınızı bildirib...

– Mən burada May ayına qədər olacam. Bu uşaqların potensialına ən yaxşı bələd mənəm deyə, baş məşqçi kimi gətirilmişəm. May ayında dəyişikliklər olacaq və mən buna hazıram.

 

- Elbrus bəy, əgər fikir vermisinizsə “Xəzər-Lənkəran” klubunda uzunboylu qapıçılar olanda komanda daha uğurlu çıxış edib. Kamran Ağayev, Kramarenka ən uğurlu qapıçılardır. Hətta, Cahangir Həsənzadə komandaya gəldikdən sonra ardıcıl xallar qazanıldı. Bəs nəyə görə son dönəmlər qısaboy qapıçılara güvənilir?

– Tomiçi deyirsizsə, onda qapıçıya lazım olan boy-buxun var. Orxan Sadıqlını o qədər də balacaboy adlandırmaq olmaz. Sadəcə, ona bir qədər təcrübə qazanmaq lazımdır.

 

- Biz çox zaman görmüşük ki, “Neftçi”nin oyunçuları rəqib komandanı təxribata çəkir. Komandanızdakı oyunçular gəncdir və hər an aldana bilərlər...

– Bunu bilirik və hazırıq. Söhbətlərimiz olub. Bir-iki dəfə yox, bütün həftə ərzində bu barədə söhbətlər olub uşaqlarnan.

 

 - Lənkəran azarkeşləri hal-hazırda iki cəbhəyə ayrılıb. Onlardan bəziləri sizə güvənir, bəziləri güvənmir. Komandanızın azarkeşlərin ümüdlərini doğruldacağına inanırsınızmı?

– Səbr eləsinlər. İnansınlar ki, hər şey yaxşı olacaq.

 

- Qış fasiləsindən sonra qol vurmaq sarıdan problemləriniz var. Cəmi bir qol vurulub ki, onu da rəqib öz qapısına vurub. Sabahkı oyunda qələbə üçün mütləq qol vurmalısız...

– “Neftçi”yə qarşı tam açıq futbol oynamaq düzgün deyil. Nəzərə almaq lazımdır ki, heyətimiz də gəncdir. İnşallah, oyuna baxıb görərsiz hansı taktikanı seçmişik. Bunu açıqlamaq düzgün deyil. Amma, inanıram ki, “Neftçi” ilə oyunda qol vuran ayağımız açılacaq.

 

Söhbətləşdi: Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti