"Hazard məşqlərdə çox qaçmır"

22:39 10 Fevral 2015

"Çelsi"nin nigeriyalı futbolçusu Con Obi Mikel komandada ən bacarıqlı oyunçular haqqında sualı cavablandırıb. 

Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi sürəti və cəldliyi ilə fərqlənən 2 futbolçunun adını çəkib.

"Vilyan və Hazardı qeyd edərdim. Hər ikisi sürətli və texnikalı futbolçulardır. Onlardan top almaq çətindir. Vilyanın cəld ayaqları var. O, birinci hərəkəti qarşısındakı oyunçudan gözləyir. İmkan tapan kimi asanlıqla rəqibini keçir. Hazard məşqlərdə çox qaçmır. Amma top ona gələn kimi istədiyini edir. Onları çox vaxt kobudluqla dayandırmaq olur".

 


Xəbər xətti