"Qarabağ" səfərdə qələbə qazandı, autsayderlər bir xala razılaşdı

16:55 11 Fevral 2015

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci  tura yekun vurulacaq.

Sportarena.az xəbər verir ki, turun ikinci oyun günü autsayderlərin dueli ilə başlayacaq.

Belə ki, “Bakı” doğma publika önündə “Sumqayıt”ı sınağa çəkəcək. Ardıcıl 4 matçdı meydanı məğlubiyyətlə tərk edən “zolaqlılar” 10 oyunluq qalibiyyət həsrətinə, “Gənclik şəhəri” təmsilçisi isə 4 oyunluq qələbəsiz görüşlər seriyasına son qoymaq niyyətindədi.  

3-cü dövrəyə yaxşı start verən AZAL lider “Qarabağ”ı qəbul edəcək. 2015-ci ildə xal itirməyən iki komandanın duelində ilk 2 dövrədəki qarşılaşmalarda Ağdam təmsilçisi güclü olub.  

  

 

Azərbaycan Premyer Liqası

21-ci tur 

11 fevral (çərşənbə)

14:00. “Bakı” – “Sumqayıt” 0:0 (oyun bitdi)

İlk 2 dövrədəki oyunlar: 1:2, 1:1

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Vüqar Bayramov, Xəlil Xəlilov

AFFA nümayəndəsi: Oqtay Abdullayev

Hakim-inspektor: Xaqani Məmmədov

“Bakı”nın təlim-məşq bazasının stadionu

 

15:00. AZAL – “Qarabağ” 0:1 (oyun bitdi)

Qol: 56,Reynaldo

İlk 2 dövrədəki oyunlar: 0:3, 1:2

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər:  Vüsal Əliyev, Ramil Əhmədov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-İnspektor: Şahin Cəfərov

“AZAL Arena”

 


Xəbər xətti