Ukraynalı futbolçu "Qəbələ"yə keçə bilər

11:14 11 Fevral 2015

Ukrayna mətbuatı hazırda klubsuz olan 10 yerli futbolçunun siyahısını dərc edib.

 

Sportarena.az xəbər verir ki, həmkarlarımız onlardan üçünün karyerasını Azərbaycanda davam etdirə biləcəyini yazıblar.

 

 

Siyahıda adı olan Yevgeni Opanasenko “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun maraq dairəsində olsa da, 25 yaşlı futbolçu ölkəmizə gəlmədi. “Çernomorets”dən ayrıldıqdan sonra işsiz qalan müdafiəçinin adı indi “Vorskla” ilə birgə hallanır.

 

“Vorskla”da heç bir il qalmayan Ukrayna millisinin müdafiəçisi Aleksandr Romançukun ölkəsini tərk edərək Qazaxıstan və ya Azərbaycana köçməsi gözlənilir.

 

Azərbaycan əsilli Aleksandr Əliyev də hazırda azad agent statusu daşıyır və özünə yeni komanda axtarır. Ukraynalıların iddiasına görə, son klubu “Anji” olan Ukrayna millisinin yarımmüdafiəçisi “Kasımpaşa” və “Qarabağ” arasında seçim edəcək.

 

Qeyd edək ki, hazırda ölkəmizdə 4 ukraynalı futbolçu çıxış edir. Bunlar Aleksey Qay, Ruslan Fomin, Dmitri Bezotosnı və Valeri Kutsenkodu.

 


Digər xəbərlər

Xəbər xətti