Azərbaycanın qadın güləşçiləri İsveçdə keçiriləcək turnirə qatılacaq

12:35 11 Fevral 2015

Fevralın 14-də İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçiriləcək.

Sportarena.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, iki gün davam edəcək yarışda Azərbaycanın qadın güləşi üzrə yığma komandası tam heyətlə iştirak edəcək.

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında İsveçə Mariya Stadnik (48 kq), Anjela Doroqan 53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç, Natalya Sinişin (hər ikisi 60 kq), Raqnetta Qurbanzadə (63 kq), Nadya Muşka Sementsova (69 kq) və Gözəl Zutova (75 kq) yollanacaq.

Qeyd edək ki, görüşlərin idarə edilməsində isə beynəlxalq dərəcəli hakim Rövşən Hacıyev Azərbaycanı təmsil edəcək.

 


Digər xəbərlər

Xəbər xətti