Ronaldunun ad günündə əylənən futbolçular cəzalandırlıb

12:42 11 Fevral 2015

İspaniyanın "Real Madrid" klubunun rəhbərliyi 2 futbolçusunu cərimələyib.

Sportarena.az "Deportes Cuatro"ya istinadən xəbər verir ki, bunlar Sami Xedira ilə Xames Rodrigesdir.

Almaniyalı və kolumbiyalı yarımmüdafiəçilər İspaniya çempionatının 22-ci turunda "Atletiko"ya 0:4 hesablı məğlubiyyətdən sonra portuqaliyalı hücumçu Kriştianu Ronaldunun 30 yaşı münasibətilə təşkil etdiyi gecəyə qatıldıqları üçün cəzalanıblar. Cərimədən əlavə, Xediranın mövsümün sonunadək "kral klubu"nun əsas heyətində bir daha meydana çıxmayacağı bildirilir.

"Real Madrid" rəhbərliyi ağır məğlubiyyətin ardından əylənən Ronaldu və komanda yoldaşlarının hərəkətini yolverilməz sayıb.

 


Digər xəbərlər

Xəbər xətti