Millimizin futbolçusu məsuliyyəti qadının üzərinə atıb qaçdı

13:42 11 Fevral 2015

Bu gün mətbuatda millimizin futbolçusu Elnur Allahverdiyev haqqında yayılan xəbərlərə aydınlıq gətirmək üçün futbolçunun özü ilə mobil telefon vasitəsi ilə əlaqə yaratmağa çalışdıq. Amma, gözləmədiyimiz bir halla qarşılaşdıq.

Zəngimizi əvvəlcə Elnurun özü cavablandırdı. Ardınca isə sualımızı verərkən əlaqə qarşı tərəfdən kəsildi. Yenidən Elnurla əlaqə yaratmağa çalışsaq da, çox maraqlı halla rastlaşdıq. Belə ki, az əvvəl Elnurla danışdığımız nömrəyə qadın cavab verdi və təkidlərimizə baxmayaraq bu nömrənin Elnura məxsus olmadığını bildirdi. Bir-neçə dəqiqə əvvəl bu nömrədə Elnurla söhbət etdiyimizi bildirdiksə də, qadın təkid etməyində davam edərək yalnız - “Bu nömrədə Elnur danışmayıb” - deyə bildirdi.

Əslində, açıqlama verib-verməmək futbolçunun öz istəyindən hasılıdır. Lakin, bu istəyini özü bizə bildirsəydi Elnurun münasibətini normal qarşılayardıq, nəinki telefonu qadına verərək məsuliyyətdən qaçmasına...


Xəbər xətti