Oktay Dərəloğlu: “Xəzər Lənkəran”a mənim kimi adam lazımdır”

16:10 11 Fevral 2015

Futbol üzrə Azərbaycan Premyer Liqasının 21-ci turu iki əzəli rəqib “Neftçi” və “Xəzər Lənkəran”ın qarşıdurması ilə əlamətdar olacaq.

“Böyük oyun” adı verilən qarşılaşmada hansı komanda qalib gələcək?

Sportarena.az xəbər verir ki, futbol24.az saytı bu sualla “Xəzər Lənkəran”ın ən yaxşı legionerlərindən olan Oktay Dərəlioğluna müraciət edib. Türkiyə millisinin sabiq üzvü bu gün baş tutacaq “Neftçi”- “Xəzər Lənkəran” oyunu ilə bağlı bunları söyləyib: “Hazırda “Xəzər Lənkəran” yaxşı vəziyyətdə deyil. Bəzən vaxt tapıb Azərbaycan çempionatını izləyirəm. Düşünürəm ki, bu oyunda “Xəzər Lənkəran” xal itirəcək. Çünki, gördüklərimi analiz etsəm, klub yaxşı oyun sərgiləyə bilmir. Məhz buna görə də həmyerlim Oğuz Çətin də komandadan göndərilmişdi. O komandaya mənim kimi Azərbaycan futbolunu dərindən bilən adam lazımdır. Baş məşqçi kimi gəlib komandanı dirçəltsin. Mən “Xəzər Lənkəran”da bombardir olmuş bir futbolçuyam”.

Qeyd edək ki, Oktay Dərəlioğlu “Xəzər Lənkəran”ın heyətində 34 oyunda meydana çıxıb və rəqib qapılarına 35 dəfə qol vurub.

Xatırladaq ki, “Neftçi”- “Xəzər Lənkəran” qarşılaşması sabah Bakcell arenada baş tutacaq. Matçın start fiti saat 18:00-da səslənəcək.


Digər xəbərlər

Xəbər xətti