"Xəzər-Lənkəran"ın baş məşqçisi: "Ümidli idim ki, mənim futbolçularım qol vuracaqlar"

19:28 11 Fevral 2015

“Neftçi” – “Xəzər-Lənkəran” qarşılaşmasından sonra qonaqların baş məşqçisi Elbrus Məmmədov Sportarena.az saytına açıqlama verib:

“Bu gün mən çox ümidli idim ki, mənim futbolçularım qol vuracaqlar. Artıq qola da yaxınlaşmışdıq. Mən bunu futbolçularda hiss edirdim. Bu günkü oyunda pis oynamadılar. İlk hissə bizim üstünlüyümüzlə keçdi. Bir-neçə epizodda qol şanslarımızı itirdik. Bir dəfə qapı dirəyi bizi qoldan uzaqlaşdırdı. Amma, bu günkü oyundan xeyli razı qaldım və növbəti oyunlardakı əsas məqsədimiz, imkanlardan maksimum istifadə etməkdir”.

Qeyd edək ki, “Neftçi”- “Xəzər-Lənkəran” qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.


Digər xəbərlər

Xəbər xətti