Rahid Əmirquliyev: "... iddiamız yoxdur"

20:05 11 Fevral 2015

“Neftçi” – “Xəzər-Lənkəran” qarşılaşmasından sonra qonaqların kapitanı Rahid Əmirquliyev Sportarena.az saytına açıqlama verib:

“Fürsətlərdən yararlana bilmədik. Son oyunlardakı əsas problem odur ki, qol buraxdıqdan sonra uşaqlar gərginliyə düşərək ard-arda qollar buraxırlar. Bu gün də belə oldu. Amma, əvvəlki oyunlara baxanda çox yaxşı oynadıq. Nəzərə almaq lazımdır ki, gənc heyətlə o qədər də iddiamız yoxdur. Bununla belə, hər oyunda artırmağa çalışırıq. İlk hissədə biz üstün olduq. İkinci hissədə eyni oyunu oynasaydıq biz qalib ola bilərdik. Müdafiədəki səhvlər öz sözünü dedi”.

Qeyd edək ki, “Neftçi”- “Xəzər-Lənkəran” qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.


Xəbər xətti