Kamran Ağayev "Beşiktaş"la oyunda debüt etdi - VİDEO

23:25 11 Fevral 2015

Türkiyə Kubokunun  1/8 final mərhələsi çərçivəsində millimizin qapıçısı Kamran Ağayevin çıxış etdiyi "Kayserispor" doğma meydanda "Beşiktaş"ı qəbul edib.

Sportarena.az xəbər verir ki, start heyətində meydana çıxaraq 90 dəqiqə meydanda mübarizə aparan Kamran komandasının 1:0 hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəlməsində böyük pay sahibi olub.

Qeyd edək ki, Kamran son dəqiqədə aldığı sarı vərəqə ilə də "fərqlənib".

 


Xəbər xətti