Azərbaycan və Ermənistanın məşqçiləri bir arada

11:45 12 Fevral 2015

Fevralın 8-də etibarən Türkiyənin Antalya şəhərində Rusiya Futbol İttifaqının təşkilatçılığı ilə qapıçı məşqçiləri üçün UEFA seminarı başlayıb. 

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Faiq Əzizov, həmçinin qapıçı məşqçiləri üzrə koordinatoru Viktor Miqel Fernandes və köməkçisi Ramiz Kərimov seminarda iştirak edir.

Məşğələlər İrlandiya, Estoniya, Norveç və Hollandiyadan olan mütəxəssislər tərəfindən keçirilir.

Bu gün başa çatacaq seminara Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Latviya, Moldova, Ukrayna, Rusiya və Ermənistanı təmsil edən qapıçı məşqçiləri qatılıblar.

 

 


Digər xəbərlər

Xəbər xətti