AZAL-ın kapitanına yubiley hədiyyəsi - FOTO

12:49 12 Fevral 2015

"Qəbələ" - AZAL oyununda qonaq komandanın kapitanı Rəşad Abdullayev milli çempionatda 50-ci qolunu bayram etmişdi.

Sportarena.az xəbər verir ki, hazırda Premyer Liqada çıxış edən və bu göstəriciyə çatan yeganə futbolçu olan Abdullayevə bu münasibətlə xatirə hədiyyəsi təqdim olunub. 

"Qarabağ"la matçdan sonra klubun vitse-prezidenti Fikrət Hüseynov elə paltardəyişmə otağındaca yubilyarı təbrik edərək ona üzərində futbolçunun adı və qol sayı yazılan futbolka hədiyyə edib.

 


Digər xəbərlər

Xəbər xətti