Kamran Ağayevdən "Kayserispor"lu azarkeşə jest - VİDEO

12:59 12 Fevral 2015

Türkiyə Kubokunun 1/8 finalında "Beşiktaş"ı mübarizədən kənarlaşdıran "Kayserispor"un qapıçısı Kamran Ağayev ilk oyununda azarkeşlərin rəğbətini qazanıb.

Sportarena.az хəbər verir ki, matçdan sonra sevincli azarkeşlərdən biri millimizin qapıçısına yaxınlaşıb. 

Ağayev təhlükəsizlik xidmətinin gəncə basqısını gördükdə isə onu qucaqlayaraq əlcəklərini hədiyyə edib. Qolkiperin bu hərəkəti futbolsevərlər tərəfindən müsbət qarşılanıb.

 


Xəbər xətti