Sabiq "Xəzər-Lənkəran"lı yaşıl meydanlara qayıdır

13:10 12 Fevral 2015

Fevralın 14-də Moskvada ənənəvi "Əfsanələr kuboku" turniri keçiriləcək.

Sportarena.az xəbər verir ki, turnirdə "futbol ulduzları" komandasının heyətində Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenko da iştirak edəcək.

Bu barədə Rusiya yığmasının sabiq hücumçusu Eqor Titov məlumat verib. O, Kramarenko ilə yanaşı, komandada dünya futbolunun canlı əfsanələrinin də yer alacağını bildirib: "Futbol ulduzları" komandasında rusiyalı Niqmatullin, Bulıkin, braziliyalı Aldair, Serjinyo, italiyalı Marko Delvekkio, finlandiyalı Yari Litmanen, fransalı İbrahim Ba, azərbaycanlı qapıçı Dima Kramarenko yer alacaq" - deyə Titov əlavə edib. Qeyd edək ki, püşkə əsasən "futbol ulduzlar"ı komandası Portuqaliya və İtaliya yığmaları ilə eyni qrupda mübarizə aparacaq. Digər qrupda isə Rusiya, Almaniya və Hollandiya milli komandaları yarışacaqlar.

 


Digər xəbərlər

Xəbər xətti