Millimiz 5 pillə irəlilədi

13:28 12 Fevral 2015

FİFA yeni reytinq siyahısını açıqlayıb.

Sportarena.az xəbər verir ki, açıqlanan cədvəldə planetin 209 yığması yer alıb. Son 5 həftədə baş tutan qarşılaşmaların nəticələrinin də öz əksini tapdığı siyahıda bir sıra dəyişikliklər olub.

Hesabında 222 xal olan Azərbaycan yığması siyahıda 131-ci pillədə qərarlaşıb. 2015-ci ilin yanvarda açıqlanan ilk siyahıda 136-cı olan komandamız 5 pillə irəliləyib.

Buna millimizin aktivindəki xalların sayının artımı səbəb olub. Belə ki, ötən ay komandamızın 215 xalı var idi. Yığmamız bu müddətdə meydana çıxmasa da, 7 xallıq artıma malikdi.

Millimiz Filippin, Aruba, Vyetnam, Maldiv adaları, Yeni Zelandiya və Qvineya-Bissaunu arxada qoysa da, Mavritaniya komandamızı keçib. Nəticədə irəliləyişimiz 6 deyil, 5 pillə olub.

 

 Millimiz və “qonşuları”
 

126 (126). Gürcüstan - 234

126 (115). Fələstin - 234

128 (131). Küveyt - 231

129 (131). Lüksemburq - 225

130 (132). Lixtenşteyn - 223

131 (136). AZƏRBAYCAN – 222

132 (133). Vyetnam – 221

132 (129). Aruba – 221

132 (129). Filippin – 221

135 (139). Maldiv adaları – 220

 

İlk “onluğ”un tərkibində cüzi dəyişiklik olub. Fransa Portuqaliya ilə şərikliyini davam etdirə bilməyib, enişi davam edən İspaniya isə Uruqvayı da önə buraxıb.


İlk “onluq”

1 (1). Almaniya – 1729
2 (2). Argentina – 1534
3 (3). Kolumbiya – 1456
4 (4). Belçika – 1430
5 (5). Hollandiya - 1385
6 (6). Braziliya – 1333
7 (7). Portuqaliya - 1189
8 (7). Fransa – 1168
9 (10). Uruqvay – 1146

10 (9). İspaniya - 1144

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibimizdən yalnız Xorvatiya mövqeyini qoruyub. Digərləri isə geriləyib.

 

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu

12 (11). İtaliya – 1112
19 (19). Xorvatiya – 945
69 (67). Norveç - 512
70 (66). Bolqarıstan - 506
149 (147). Malta – 164

Qeyd edək ki, qonşu Türkiyə yığmasının hesabında olan 619 xalla 4 pillə geriləyərək, 52-ci yerə enib.

 


Digər xəbərlər

Xəbər xətti