"Xəzər-Lənkəran" rəsmisi: "Yayda komandaya yeni oyunçular gətiriləcək"

13:52 12 Fevral 2015

“Bəzən belə bir sual yaranır ki, niyə “Xəzər-Lənkəran” rəhbərliyi dünən Nazim Süleymanova hədiyyə vermədi. Oyundan öncə bizə Nazim bəyə mükafat təqdim olunacağı barədə məlumat verilməyib. “Neftçi” tərəfinin yəqin ki, bu barədə xəbəri olub. Çünki, üzərinə “50” yazılmış köynəyi bir saata hazırlamaq olmur. Bizə isə bu barədə məlumat oyundan bir saat öncə keçirilən iclasda verildi və bir saat ərzində də hədiyyə hazırlamaq mümkün olan məsələ deyil. Burada söhbət heç də Nazim Süleymanovdan getmir. Yunis Hüseynov “Xəzər-Lənkəran”da işləməsə belə, Azərbaycan futbolunda əməyi olan insandır və diqqətdən kənarda saxlanılması düzgün deyil”.

Bunu Sportarena.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun mətbuat katibi Hüseyn Cəbrayıloğlu deyib. Cəbrayıloğlu, açıqlamasında mövsüm bitdikdən sonra kluba yenidən iddialı futbolçuların dəvət ediləcəyini də bildirib:

“Yayda komandaya yeni oyunçular gətiriləcək. Bununla belə, yerli gənclər də klubda qalacaqlar”.


Xəbər xətti