Millimizin heyəti açıqlandı

14:38 12 Fevral 2015

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raunduna hazırlıq məqsədilə müvafiq yaş qrupuna aid Azərbaycan yığması ardıcıl iki təlim-məşq toplanışında olacaq. 

Sportarena.az AFFA-ya istinadən xəbər verir ki, yığmamız fevralın 16-dan 22-dək Finlandiyanin Helsinki, fevralın 23-dən 28-dək isə İrlandiyanın Dublin şəhərlərində hazırlıq keçəcək. Futbolçularımız fevralın 20-də və 22-də finlandiyalı, fevralın 25-də və 27-də isə irlandiyalı həmyaşıdları ilə yoldaşlıq oyununda qarşılaşacaqlar.

 

Toplanışlara dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

 Qasimov Ağaseyid - Qarabağ

Muradbəyli Fəhmin - Neftçi

Əlizadə Sənan - Neftçi

Həşimli Mirkamil - Neftçi

Məmmədov Təyyar - Bakı

Mədətov Mahir - Bakı

Ağaverdiev Renat - Bakı

Mustafazadə Bəhlul - Qəbələ

Zamanov Emin - Qəbələ

Nəbiyev Yusif - Qəbələ

Əsədov Ayxan - Qəbələ

Əliyev Qismət - Qəbələ

Süleymanov Elnur - İnter

Nahavəndi Mansur - İnter

İbazadə Ülvi - İnter

Məmmədov Məhəmməd - İnter

Sadiqov İlkin - İnter

Nəsirov Budaq - Sumqayit

Kərimzadə Fərid - Sumqayit

Hüseynzadə Turan - Xəzər Lənkəran

Ağarəhimov Vadim - Zenit (Sankt-Peterburq, Rusiya)

Uluxanov Elgün - MOİK (Moskva, Rusiya)

Qeyd: Qismət Əliyev (Qəbələ) yalnız Finlandiya toplanışında iştirak edəcək. Mirkamil Həşimli (Neftçi) və Turan Hüseynzadə (Xəzər Lənkəran) komandaya İrlandiya toplanışında qoşulacaq.

 


Xəbər xətti