Millimiz Ukrayna klubu ilə qarşılaşacaq

15:23 12 Fevral 2015

Azərbaycan millisinin yoxlama oyunundakı rəqibi müəyyənləşib.

Sportarena.az xəbər verir ki, baş məşqçi Robert Prosineçkinin debüt oyunundakı rəqibimiz Ukraynanın “Şaxtyor” klubu olacaq.

Yığmamız Donetsk təmsilçisi ilə fevralın 24-də qarşılaşacaq. Bu oyun Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutacaq.

Qeyd edək ki, millimiz fevralın 20-26-da qonşu ölkədə hazırlıq keçəcək.

 


Xəbər xətti