Sabiq "Xəzər-Lənkəran"lı komandasını növbəti mərhələyə daşıdı - VİDEO

19:30 12 Fevral 2015

Milli komandamızın formasını geyinmiş daha bir futbolçu Türkiyə kubokunda mərhələ adlayıb.

 

Sportarena.az xəbər verir ki, yığmamızın sabiq üzvü Branimir Subaşiçin komandası “Manisaspor” 1/4 finala adlayıb.

 

1/8 final mərhələsində səfərdə “Tuzlaspor”la qarşılaşan Manisa təmsilçisi çətinlik çəkmədən qələbə qazanıb – 3:1. Meydana start heyətində daxil olan Subaşiç qələbəyə öz töhfəsini verib. Serbiya əsilli forvard 65-ci dəqiqədə komandasının ikinci qolunun müəllifi olub. Subaşiç 90+1-ci dəqiqədə Şaban Genişyürəklə əvəzlənib.

 

Qeyd edək ki, dünən yığmamızın qapıçısı Kamran Ağayevin komandası “Kayserispor” “Beşiktaş”ı məğlub edərək Türkiyə kubokunda 1/4 finala vəsiqə qazanmışdı.

 


Digər xəbərlər

Xəbər xətti