Premyer Liqa tarixində hələ belə şey olmamışdı

19:39 12 Fevral 2015

Pol Lambertin "Aston Villa"nın baş məşqçisi postundan uzaqlaşdırılmasından sonra İngiltərə Premyer Liqasında maraqlı vəziyyət ortaya çıxıb.

 

Sportarena.az xəbər verir ki, 1992-ci ildə təsis edilən İngiltərə Premyer Liqası tarixində ilk dəfədir ki, çempionatda çıxış edən klublardan heç birini şotland məşqçi çalışdırmır.


"Vest Bromviç" cari mövsümə şotland çalışdırıcı Alan İrvinin rəhbərliyi altında başlasa da, ötən ilin dekabrında postundan uzaqlaşdırılmışdı.

Qeyd edək ki, 2011/2012 mövsümündə 6 Premyer Liqa klubunu şotlandlar - Aleks Fergüsson, Aleks Makliş, Stiv Kin, Devid Moyes, Kenni Dalqliş və Pol Lambert - çalışdırırdılar.


Digər xəbərlər

Xəbər xətti