Bu boyda “quş” olar? - VİDEO

20:12 12 Fevral 2015

Cənubi Afrika çempionatında vurulan kuryoz qolun səsi Avropaya qədər gəlib çatıb.

Sportarena.az xəbər verir ki, CAR çempionatında “Suallos”un qapıçısı Qreq Etafia “Sundouns”la qarşılaşmada gülünc səhvə yol verib.

40 metr məsafədən cərimə zərbəsi yerinə yetirən meydan sahiblərinin futbolçusu Teko Modise topu birbaşa qapıya göndərib. Əllərindən istifadə etmək hüququnu unudan Etafia isə topun kənara çıxacağını güman edib. Həddən artıq özünə arxayın olan qolkiper gülüş obyektinə çevrilib. Onun “quş”u oyundaşlarını çox məyus edib.

 


Digər xəbərlər

Xəbər xətti