Azərbaycan millisinin tarixi oyunundan 12 il ötür - VİDEO

22:00 12 Fevral 2015

Bu gün Azərbaycan futbolu üçün əlamətdar günlərdən biridir.

 

Sportarena.az xəbər verir ki, 2003-cü ilin bu günündə milli komandamız tarixi nəticə qazanıb. Belə ki, 12 il əvvəl, fevralın 3-də yığmamız AÇ-2004-ün seçmə mərhələsi çərçivəsində səfərdə Serbiya və Çernoqoriya seçməsi ilə heç-heçə oynamışdı. 0:2 hesabı ilə məğlub duruma düşdüyümüz matçın ikinci hissəsində komandamız əzmkarlıq göstərərək, rəqibin qapısından 2 top keçirməyə nail olmuşdu. Hər iki qolu hazırda "Qarabağ"ı çalışdıran Qurban Qurbanov vurmuşdu. Bu oyunda Azərbaycan millisinin baş məşqçisi Əsgər Abdullayev idi.

 

Qeyd edək ki, bu komanda ilə Bakıdakı matç isə daha dramatik alınmışdı. Yenə geridə olan komandamız son dəqiqələrdə vurduğu iki qolla fantatstik qələbə qazanmışdı.

 


Digər xəbərlər

Xəbər xətti